BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı və Cəlilabadda avtomobil yandı

Bakı şəhərinin Yasamal rayonunda "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Cəlilabad rayonunda isə "QAZel" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 20 İyul 2021, 23:57   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin