BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qələbəyə nail olmaq üçün Türkiyə və İranın böyük zəhməti olub” - Şeyx

“Ermənilər öz torpağımıza getdiyimizə görə də  narazılıqlarını bildirdilər. Əlbəttə, bu, düzgün deyildi. Biz inanırıq ki, dövlətimiz və xalqımız torpaqlarımızı bərpa edəcək. Çünki orada bizim şəhidlərimizin ruhu, qanı var. Bu qalibiyyət xalqındır. İllərlə yuxuda gördüyümüz, dualarını etdiyimiz Qarabağ torpaqları azaddır. Allah da bu yuxularımızı çin etdi”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.

 

A.Paşazadə vurğulayıb ki, qələbəyə nail olmaq üçün Türkiyə və İranın böyük zəhməti olub: “Bu gün qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə ola bilməzdi”.

Tarix: 21 İyul 2021, 09:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin