BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Prezident həzrətləri bütün çıxışlarında buyurur ki..." - Allahşükür Paşazadə

“İnanıram ki, işğaldan azad edilmiş ərazilərdəki məscidlərimiz, məbədlərimiz, ziyarətgahlarımız bərpa olunacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra deyib.

 

QMİ sədri qeyd edib ki, Ağdama və Şuşaya səfər etdiyi üçün çox sevinclidir: “Ağdama baxanda adamın ürəyi ağrıyır. Oraları o cür dağıdılmış halda görmək insana təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. İnanırıq ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”.

 

O, bir müddət əvvəl dini konfesiyyaların rəhbərlərinin Ağdam və Şuşaya səfərlərinin baş tutduğunu da xatırladıb.

Tarix: 21 İyul 2021, 10:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin