BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tacikistan Prezidentinin bacısı COVID-19-dan vəfat etdi

Tacikistan Prezidenti Emomali Rahmonun bacısı Qurbonbi Rahmonova 64 yaşında vəfat edib.

 

Bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

Tacikistan Səhiyyə Nazirliyindəki mənbənin RİA “Novosti”yə verdiyi xəbərə görə, Emomali Rahmonun bacısı paytaxt Düşənbədə müalicə olunduğu 5 nömrəli klinik xəstəxanada yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.

 

Qurbonbi Rahmonova bu gün dəfn ediləcək.

 

İyulun 5-də Tacikistan Prezidentinin qaynanası 88 yaşlı Uzbekbi Asadulloeva da koronavirusdan vəfat edib.

 

Tarix: 21 İyul 2021, 11:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin