BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhər açıqlandı

2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının yeri bəlli olub.

 

Yarışlar Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.

 

Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.

 

Qurumun sessiyasında Yay Olimpiya və Paralimpiya Oyunlarının “Yaşıl qitə”də keçirilməsi qərara alınıb.

 

Bu, Avstraliyada təşkil olunacaq 3-cü Olimpiadadır. 1956-cı ildə Melburn, 2000-ci ildə Sidney Oyunlara ev sahibliyi edib.

 

Qeyd edək ki, Olimpiada 2024-ü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.

Tarix: 21 İyul 2021, 13:07   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin