İsrailin “NSO Group” şirkətinin işləyib hazırladığı “Pegasus” casus proqramının dünyanın 50-yə yaxın ölkəsində siyasətçiləri, jurnalistləri, insan haqları fəallarını, biznesmenləri, hökumət üzvlərini izləmək üçün istifadə olunması ətrafında qalmaqal davam edir.
“Le Monde” qəzeti xarici xüsusi xidmət orqanlarının bu casus proqramın köməyi ilə Fransa prezidenti Emmanuel Makronu da izlədiyini qeyd edib. Bildirilir ki, casus proqram habelə baş nazir Eduar Filipin və Fransa hökumətinin 14 nazirinin telefonlarına yüklənib. Yelisey sarayından bildiriblər ki, bu informasiya təsdiqlənərsə “ciddi addımlar” atılacaq. Fransa rəhbərliyini 2019-cu ildən etibarən Mərakeş xüsusi xidmət orqanlarının izlədiyi bildirilir.
Mərakeş xüsusi xdmət orqanları “Pegasus” proqramı ilə Fransada təkcə prezident Makronu və onun nazirlərini deyil, jurnalistləri də hədəf alıb. Xəbərlərə görə, Fransanın “Mediapart” internet saytı Mərakeş məxfi xidmətlərinin İsrailin “NSO Group” şirkətinin “Pegasus” proqramından istifadə etməklə portalın iki müxbirinin telefonuna müdaxilə etdiyi barədə rəsmi şikayət verib.
Fransa prokurorları bu şikayət əsasında yerli təhqiqat saytı jurnalistlərinin İsrail istehsalı casus proqramı vasitəsilə güdüldüyünə dair iddiaların araşdırılmasına başlayıblar. Fransada iyulun 20-də açılmış araşdırma 10 ittiham üzrə aparılacaq. Bu ittihamların arasında şəxsi həyata müdaxilə, elektron cihazlara qanunsuz daxilolma və kriminal təşkilatlanma kimi ittihamlar var. Mərakeş isə “əsassız və saxta” adlandırdığı iddiaları rədd edir.
Dünya boyunca siyasətçilər və media qrupları avtokratik rejimlərin “Pegasus” prorqamından istifadə ilə jurnalistlərin, rəsmilərin və insan haqları fəallarının mobil telefonlarını dinlədiyinə dair xəbərlərdən hiddət bildiriblər. Xatırladaq ki, 17 media təşkilatının, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) ilə birgə apardığı təhqiqatın nəticəsi iyulun 18-də açıqlanıb. “NSO Group” şirkətinin müştəriləri arasında Azərbaycan, Bəhreyn, Macarıstan, Hindistan, İndoneziya, Qazaxıstan, Meksika, Mərakeş, Ruanda, Səudiyyə Ərəbistanı, Toqo və BirləşmişƏrəb Əmirlikləri hökumətləri var.
Qeyd edək ki, “Pegasus” iPhone və Android mobil telefonlarını ziyanlı virusa yoluxdurmaq və istifadəçinin telefon söhbətlərinə, SMS mətnlərinə, elektron poçtlarına, GPS datasına müdaxilə etmək imkanı verir. Bu proqram habelə mikrofon və kameraları məsafədən işə sala bilir.
Virtualaz.org
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
Ən son xəbərləri səhifəmizdən də izləyin