BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu restoranlar da karantin qaydalarını pozdular

Yevlaxda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

 

Yoxlamalar zamanı “Ərəş” və “Turan” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.

 

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Tarix: 21 İyul 2021, 15:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin