BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

2032-ci ildə Yay Olimpiya Oyunlarına bu şəhər ev sahibliyi edəcək

2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

Pravda.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyanın paytaxtı Tokioda keçirilən sessiyasında qərar qəbul olunub.

Avstraliya üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Belə ki, 1956-cı ildə Olimpiada Melburn, 2000-ci ildə isə Sidneydə təşkil olunub.

Xatırladaq ki, 2024-cü ildə Yay Olimpiya Oyunlarına Paris, 2028-ci ildə isə Los-Anceles şəhərləri ev sahibliyi edəcək.

Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Azərbaycanı yarışda 44 idmançı təmsil edəcək.

Tarix: 21 İyul 2021, 16:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin