BURADA REKLAMINIZ OLA
BİLƏR

“AvtoVAZ” “Lada Granta”nın istehsalını iki günlük dayandırır

Rusiyanın “AvtoVAZ” şirkəti 22-23 iyul tarixlərində “Lada Granta” avtomobillərinin istehsalını iki sutkalıq dayandıracaq.


Pravda.az xəbər verir ki, buna səbəb kimi elektron hissələrin çatışmazlığı göstərilir.


Məlumata görə, "AvtoVAZ" bu yay artıq 5-ci dəfədir ki, elektron hissələrin defisiti ilə əlaqədar olaraq istehsalı dayandırır. Bundan əvvəl “Lada Granta” və “Niva”nın istehsalı Almaniyanın “Bosch” şirkətinin tədarük etdiyi elektron hissələrin çatışmazlığına görə bir günlüyünə dayandırılıb.


Xatırladaq ki, “Lada” markası “Vesta”, “Xray”, “Largus”, “Granta” və “Niva” modellərindən ibarətdir. Brend 20%-lik payla Rusiyanın avtomobil bazarının lideridir. Bu ilin ilk yarısında şirkət 200,2 min avtomobil satıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 51% çoxdur.


Report 

Tarix: 21 İyul 2021, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin