BURADA REKLAMINIZ OLA
BİLƏR

Qulu Məhərrəmli Etibar Əliyevin müdafiəsinə qalxdı: “Dəstə ilə hücum çəkmək və linç etmək doğru deyil”

Media eksperti Qulu Məhərrəmli Milli Məclisin deputatı Etibar Əliyevin müdafiəsinə qalxıb.

 

Pravda.az-ın xəbərinə görə, Q.Məhərrəmli bildirib ki, E.Əliyevin üstünə dəstə ilə hücum çəkmək və linç etmək doğru deyil.

 

“Deputat Etibar Əliyev jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın şəhid ailələri və qazilərə verilməsi ilə bağlı təklif səsləndirib. Bir fikirdir, söyləyib. Bu təklifi bəyənmək, etiraz etmək, yaxud tənqid və ya təqdir etmək olar. Amma adamın üstünə dəstə ilə hücum çəkmək və onu linç etmək doğru deyil… Bu, jurnalist həmrəyliyi deyil, korporotiv maraq savaşdır. Media və jurnalistika bunun üçün deyil. Bu məmləkətdə hamının evi olmalıdır, ibtidai sinif müəlliminin də, elmi işçinin də, mühəndisin, gənc mütəxəssisin, jurnalistin və həkimin də!” – ekspert qeyd edib.

Tarix: 21 İyul 2021, 19:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin