BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yol kənarında dayanan qadın cərimələndi

Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olunaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilib.

 

Bu barədə Pravda.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərəkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.

 

43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 29 Yanvar 2020, 20:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin