BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qalatasaray" uduzdu

Türkiyənin “Qalatasaray” klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.

Pravda.az-ın məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsində PSV ilə qarşılaşıb.

Liqa yolu çərçivəsində baş tutan ilk oyun Eyndhovendə baş tutub. Niderland təmsilçisi 2-ci dəqiqədə Eran Zahavinin erkən qolu ilə hesabı açıb.

35-ci dəqiqədə futbolçu dublunu rəsmiləşdirib. Türkiyəlilər fasiləyə 3 dəqiqə qalmış fərqi azaldıb. Emre Kılınc azarkeşlərini ümidləndirib.

İkinci hissə də qolla başlayıb. Mario Götzenin 51-ci dəqiqədəki qolu PSV-nin üstünlüyünü iki topa çatdırıb. Matçın sonlarında daha iki qol vurulub. Zahavi 84-cü dəqiqədə het-trikini rəsmiləşdirib. 1 dəqiqə sonra Götze dubl müəllifi olub. “Qalatasaray” isə səfərdən böyükhesablı məğlubiyyətlə dönüb – 1:5.

Qeyd edək ki, İstanbul klubu ev oyununa iyulun 27-də çıxacaq.

Tarix: 22 İyul 2021, 00:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin