BURADA REKLAMINIZ OLA
BİLƏR

"Özsüt" xanım müştəriyə: “Təkzib verməsəniz, görüntüləri yayacağıq”

Müştəri Gülbəniz Mamedşərifova “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənib.

 

Pravda.az-ın xəbərinə görə, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib.

 

Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib.

 

"Özsüt" restoranlar şəbəkəsi müştərinin şikayəti ilə bağlı açıqlama yayıb.

 

Açıqlamada deyilir:

 

"Özsüt" restoranlar şəbəkəsi daim təqdim etdiyi məhsulların və xidmətinin keyfiyyətinin yüksək olması üzərində çalışır. Hər hansı kiçik anlaşılmazlıqlar və ya xoşagəlməz hadisələr zamanı dərhal araşdırmalar aparıb müştərilərə geri dönüş edilir. Eyni şəkildə dünən müştəri tərəfindən gələn şikayətə baxıldı, ilk öncə şöbə rəhbəri ilə əlaqəyə keçdik, iddiaların doğru olmadığını gördükdən sonra rəhbərlik səviyyəsində daxili araşdırmalara keçildi. Kameraların görüntülərinə baxıldı, informasiya toplanıldı. Xanımın bildirdiklərinin heç birinin doğru olmadığı aşkarlandı. Xanım pizzanın yarısından çoxunu yedikdən sonra ofisiantı çağırır və pizzanın üzərindəki qurumuş mazorella pendirinin (pizzanın bişərkən kənarında qalan hissəsindən) bir hissəsi olduğunu bildirir. Xanım pizzanı yeməyə davam edir. Sonda bir dilim qabda saxlanılır, xanım ödənişi edərək kənarlaşır. "Özsüt" olaraq xanıma geri dönüş etdik, mülayim şəkildə məlumatı bildirdik".

 

"Özsüt" restoranlar şəbəkəsi “Facebook”da müştəriyə “Siz qısa müddət ərzində yazdıqlarınızı təkzib etməsəniz, görüntüləri digər xəbər saytlarına vermək məcburiyyətində qalacağıq, çünki sizin yanlış məlumat paylaşmağınız bizim marka dəyərimizi aşağı salır və bir çox saytlarda sizin yanlış məlumatınız yayımlanır” yazıb.

 

G.Mamedşərifova isə bunu təhdid adlandırıb.

 

 

Tarix: 29 Yanvar 2020, 20:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin