BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşı: “Allahşükür Paşazadənin fikirləri təhrif edilib” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Qurban bayramı münasibətilə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, Xameneinin fətvası Vətən müharibəsindəki qələbəmizin müjdəsi oldu.

 

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələ ilə bağlı Pravda.az-a danışan Şeyxin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, Allahşükür Paşazadənin fikirləri təhrif edilib: "Deyilən fikirləri hər zaman kontekstdən çıxarıb paylaşırlar. Adətən adi fikirlərin də əvvəlini, axırını kəsib tirajlayırlar. Ümumiyyətlə, məsələyə yalnız Şeyxin öz mətbuat işçiləri aydınlıq gətirə bilər, mənim bu barədə münasibət bildirməyim doğru olmaz".

 

Tarix: 22 İyul 2021, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin