BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşa Bəyannaməsi”nə həsr olunmuş konfrans keçiriləcək

İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

 

Onun sözlərinə görə, AKP nümayəndə heyətinin Bakıda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

 

İyulun 28-də isə YAP və AKP Gəncə şəhərində “Şuşa Bəyannaməsi”nə həsr olunmuş birgə konfrans keçirəcək, konfransda “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olunacaq.

Tarix: 22 İyul 2021, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin