BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atıldı

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

 

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

 

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.

Tarix: 22 İyul 2021, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin