BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdan Moskvaya uçan təyyarə quş sürüsü ilə toqquşub

Bakıdan Moskvaya uçan təyyarə məcburi eniş edib.

 

Pravda.az xəbər verir ki, yerli vaxtla saat 20:31-də yola düşən “Azərbaycan Hava Yolları”nın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək barədə qərar verib.

 

Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.

 

AZAL-dan bildirilib ki, sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaq.

Tarix: 29 Yanvar 2020, 22:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin