BURADA REKLAMINIZ OLA
BİLƏR

“İdeal” mağazalarının adı dəyişdi

Hazırda təsisçisi həbsdə olan “İdeal” mağazalar şəbəkəsi adını dəyişib.


Pravda.az xəbər verir ki, bu brend altında fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırır və “Adore” adı altında işə başlayırlar. Hazırda “Ganclik Mall” və “28 Mall” ticarət mərkəzlərindəki mağazaların adları dəyişirilib.


Qeyd edək ki, “İdeal” şirkətinin təsisçisi İlqar İsmayılov mənimsəmədə ittiham olunaraq həbs edilib, hazırda məhkəmə prosesi davam edir. Şirkətin səhmləri “Adore” MMC-yə satılıb və “Adore” “İdeal”ın hüquqi varisi kimi çıxış edir.




İlqar İsmayılovdan da indiki sahibi olan “Adore” şirkəti şikayətçi olub və məhkəmədə zərərçəkmiş kimi tanınıb.

 



Qafqazinfo

Tarix: 22 İyul 2021, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin