BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrindən TƏBRİK

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu 22 iyul-Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.

Pravda.az-ın xəbərinə görə təbrikdə deyilir:

22 İyul tarixi ölkəmizdə Milli Mətbuat günü olaraq qeyd edilir.

Düz 146 il bundan əvvəl “Əkinçi” qəzetinin fəaliyyətə başlaması ilə ölkəmizdə mətbuatın əsası qoyuldu.

Azərbaycan mətbuatı çox keşməkeşli yollardan keçdi. Dövrün tələbinə uyğun olaraq azadlığını qorumağı bacaranlar da oldu, bacarmayaraq Əli Həsənovlara, Vüqar Səfərlilərə əyilərək sınanlar da oldu… Amma əsl qələm adamları ayaqda qalmağı, inkişaf etməyi bacardı! Heç kimə əyilməyərək, Həsən bəy Zərdabi yolunu davam etdirdi…

Ayaqda qalmış, dövrün hər çətinliklərinə sinə gərməyi bacarmış bütün media nümayəndələrini, söz və qələm aşiqlərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, bu müqəddəs haqq yolunda uğurlar diləyirəm.

Peşə bayramınız mübarək!

Tarix: 22 İyul 2021, 21:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin