BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Əlizadənin Əli Həsənovla oxşar əməlləri

“AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşib”.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

 

Akif Əlizadənin Əli Həsənovla oxşar əməlləri başlığı altında paylaşım edən deputat alimlərin ona ünvanlandığı müraciəti paylaşıb.

 

Müraciətdə deyilir ki, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 ədəd 1 bloklu 16 mərtəbəli bina tikilib. Lakin bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyiblər.

 

E.Əliyev qeyd edib ki, yataqxanada yaşayan 118 sakinin imzası ilə gerçəkləşən layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşib: “Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qurumda yaradılmış Mənzil bölgü komissiyası heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən çox ailəyə mənzil verməməklə, həmin ailələri evsiz qoyublar. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, vitse-prezidenti və İşlər idarəsinin müdiri yataqxanada yaşayan alimlər üçün tikilən binadakı evləri mənimsəyiblər”.

Tarix: 23 İyul 2021, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin