BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzulidə daha 4 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış əməliyyatları zamanı daha 4 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

 

Pravda.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” yayıb.

 

Meyitlərin qalıqları Füzuli rayonu ərazisində aşkarlanıb. Ölən hərbçilərin şəxsiyyətlərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.

 

Bildirilir ki, münaqişə zonasında bu günədək ümumilikdə 1615 erməni hərbçinin cəsədi və yaxud meyitinin qalıqları tapılıb.

Tarix: 23 İyul 2021, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin