BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Ordusu təxribatlara cavab olaraq Xankəndiyə daxil olmalı, anti-terror əməliyyatları keçirməlidir” - RƏY

“Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Görünən budur ki, yaramaz Ermənistan rəhbərliyi islah olmaq niyyətində deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

 

 

Partiya sədri qeyd edib ki, Azərbaycan humanist dəyərlərdən çıxış edir, bu, anlaşılandır: “Hərbi təxribatlara sonsuza qədər dözümlü yanaşmaq da doğru deyil. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə cavab verməlidir. Rusiya sülhməramlıları regionda sülhü təmin etməyi bacarmır. Elə isə çəkilsinlər bölgədən, Azərbaycan əsgəri sülhü özü təmin etsin! Bir çoxları deyə bilər ki, Azərbaycan-Ermənistan sərhədinə Rusiya sülhməramlıları nəzarət etmir. Amma bunu deyənlər unutmasınlar ki, Ermənistan sərhədini də Rusiyanın Ermənistanda xidmət aparan ordusu qoruyur. Hesab edirəm ki, Ermənistan Respublikasının ordu birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazinə atəş açması sərhəd boyunca heç bir atəşkəsə əməl olunmadığının açıq göstəricisidir. Azərbaycan ordusu buna cavab olaraq Xankəndiyə daxil olmalı, anti-terror əməliyyatı keçirərək cinayətkar silahlı birləşmənin başçısı Araik Arutyunyan məhv etməlidir. Bu kimi təxribatlar davam edərsə, 10 noyabr bəyanatında da göstərildiyi kimi, Azərbaycan ordusu qədim Azərbaycan torpağı olan Zəngəzura daxil olmalıdır! Heç kim unutmasın, bölgəyə sülhü yalnız və yalnız Azərbaycan əsgəri gətirəcək”.

 

A.Şakiroğlu vurğulayıb ki, Azərbaycan ordusunun rəhbərliyinin “rusbaş”lardan təmizləndiyi bir zamanda bu hərbi cinayətin həyata keçirilməsinin, konturlarının harada cızıldığını açıq göstərir.

Tarix: 23 İyul 2021, 18:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin