BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransalı deputatlar Ağdamda gördüklərindən çox təsirləniblər

“İşğaldan azad olunmuş Ağdamı, Cümə məscidini ziyarət edən zaman çox təsirləndik”.

Pravda.az xəbər verir ki, bunu Ağdamda səfərdə olan Fransa Milli Assambleyasının üzvü Jerom Lamber deyib.

Onun sözlərinə görə, 30 il əvvəl bu yerlərdə həyat olub, sonra müharibə zamanı ermənilər insanları bu yerlərdən qovub: “Bütün şəhər dağıdılıb. Biz inanırıq ki, artıq işğaldan azad olan bu ərazilərə insanlar yenidən qayıdacaq və şəhər bərpa olunacaq”.

Fransa Milli Assambleyasının digər üzvü Karol Büro-Bonnar Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Ağdam çox pis vəziyyətə salınıb. Amma inanıram ki, şəhər, Cümə məscidi yenidən bərpa olunacaq, insanlar yenidən bu yerlərə qaydacaq”, - deyə deputat qeyd edib.

APA

Tarix: 23 İyul 2021, 18:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin