BURADA REKLAMINIZ OLA
BİLƏR

Namik Ələskərov əməliyyat olundu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Yunanıstanın “Olimpiakos” klubu ilə oyununda ciddi zədə alan Namik Ələskərov bu gün əməliyyat olunub.

 

Pravda.az xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:

 

“Üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb. Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək”.

Tarix: 23 İyul 2021, 19:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin