BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu xəstə və nanəcib toplum, qorxaq və fərari xalq, terrorçu dövlət...” - Deputat

“Müharibə 8 ay əvvəl bitib. Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərindən it kimi qovulduqdan sonra haylara tarixi şans verilib ki, sülh müqaviləsi imzalayaraq kommunikasiyalara qoşulub dalandan və miskin durumdan çıxsınlar. Əgər bu xəstə və nanəcib toplum, bu qorxaq və fərari xalq, bu terrorçu dövlət onlara əta olunmuş imkandan istifadə etmirsə, abırsızcasına revanş iddiasına düşürsə, deməli, özləri-özlərinə qənim kəsiliblər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov deyib.

 

B.Məhərrəmov bildirib ki, Azərbaycan yeni bir müharibə arzu etmir: “Hətta ərazilərimiz işğalda olanda da biz müharibə istəməmişik, 27 sentyabr 2020-ci ildə savaşı da Ermənistan başladı və əks hücumla yerlə-yeksan edildi. Əgər indi yeni bir müharibə başlasa bu, 103 illik erməni dövlətçiliyinin sonu olacaq. Ermənistanın 30 il ərzində bütün strateji yüksəklikləri və cəbhəboyu üstünlükləri əlində saxladığı bir dövrdə Azərbaycan ordusuna düşməni it kimi qovmaq üçün cəmi 44 gün lazım oldusa, hazırda bütün səviyyələrdə müqayisolunmaz üstünlüyümüz şəraitdə Azərbaycan ordusuna müzəffər Ali Baş Komandanın öndərliyində düşmənin başını “dəmir yumruq”la əzmək üçün saatlar kifayət edər və cənab İlham Əliyevin də dediyi kimi bu haqq işində bizi kimsə dayanmağa məcbur edə bilməz”.

Tarix: 24 İyul 2021, 02:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin