BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Makron ermənilərə rəğbətini gizlətmir və həmsədr olaraq “balans” siyasətini çoxdan unudub”

“Fransa prezidenti Emmanuel Makron Ermənistanla yanaşı bu dəfə Azərbaycana da rəsmi səfərə gəlmək istəyərsə, bu Paris və Bakı üçün nə demək olacaq? Aydındır ki, Makron İrəvanda ermənilərin eşitmək istədiklərini deyəcək. Ancaq Makron anlayır ki, onun bu mövqeyi Azərbaycanı Fransadan daha çox uzaqlaşdırır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, Makron İrəvanda dediklərini Bakıda təkrarlamaq istəyərsə, söylədikləri cavabsız qalmayacaq: “Bu isə Fransa-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirəcək. Yox əgər Makron Bakıda daha diplomatik ifadələr işlətməyə üstünlük verərsə, bununla iki ölkə arasındakı münasibətləri bir qədər əvvəlki məcrasına qaytara bilər. Bütün halarda Makron ermənilərə rəğbətini gizlətmir və  həmsədr olaraq “balans” siyasətini çoxdan unudub. Makron prezident olduğu dövrdə Fransa-Azərbaycan münasibətləri normallaşmayacaq və onun Bakıya mümkün səfəri heç nəyi dəyişməyəcək”.

Tarix: 24 İyul 2021, 02:55   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin