BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahzadə Diananın ölüm sirri açılacaq

Şahzadə Harri öz memuarlarında anası şahzadə Diananın ölümünün sirrini açmağa çalışacaq.

“Metro”nun məlumatına görə, bu barədə kraliyyət bioqrafı, “Harri: Şahzadənin Bioqrafiyası” kitabının müəllifi Angela Levin iddia irəli sürüb.

“Yaxşı məlumatlı bir mənbə mənə dedi ki, Harrinin memuarları böyük ölçüdə anası şahzadə Diananın həlak olması və bu ölümdə kimi ittiham etdiyi barədədir. Bu, dəhşətli bir faciə idi, ancaq onu keçmişdə qoya bilməməsi kədərlidir”, - deyə Levin bildirib.

Qeyd edək ki, mediada Harrinin kitabı üçün azı 20 milyon dollar (34 milyon manat) avans aldığı bildirilib. Bəzi məlumatlara görə o, memuarlarını “Pulitser” mükafatı laureatı, “Nike”in qurucularından birinin xatirələrinin həmmüəllifi, jurnalist və yazıçı Con Cozef Merinerlə hazırlayır.

Xatırladaq ki, şahzadələr Harri və Uilyamın anası olan şahzadə Diana 1997-ci ilin 31 avqustunda Parisdə milyarder Dodi Al-Fayed ilə birlikdə tüneldə avtomobil qəzasında ölüb. Qəzadan əvvəl onların avtomobillərini paparassilər təqib edib.

Tarix: 24 İyul 2021, 08:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin