BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “İlham Əliyevin Moskva səfərindən sonra verdiyi intervyu görüşün uğurlu keçdiyindən xəbər verir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfərindən sonra verdiyi intervyu bu görüşün uğurlu keçdiyindən xəbər verir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

 

Sabiq spiker vurğulayıb ki, görüşün başlanğıcında Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev haqqında etdiyi çıxış münasibətlərin yüksək səviyyədə olduğuna dəlalət edir: “Hər halda bu görüşü, bu münasibətləri Putinin Nikol Paşinyanla görüşü ilə eyniləşdirmək mümkün deyildi. Görüşdən sonra Prezident Əliyevin Bakı-Zəngəzur-Naxçıvan-Ermənistan dəmir yolunun açılışı, Laçın dəhlizindən Xankəndinə keçən avtomobillərə Azərbaycanın nəzarət edəcəyi ilə bağlı söylədiyi inamlı fikirlər bir daha görüşün yüksək səviyyədə keçdini təsdiqləyir. Xalqımız üçün xeyrli, uğurlu olsun…”

Tarix: 24 İyul 2021, 08:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin