BURADA REKLAMINIZ OLA
BİLƏR

Məcburi köçkün ailəsinin iribuynuzlu heyvanları yandı

Ağcabədidə məskunlaşan laçınlı ailənin fermer təsərrüfatında yanğın olub.

 

Pravda.az-ın xəbərinə görə, Laçın rayonundan olan olan məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Qarakeçdi obasında Talıbxan, Daşqın və Təbriz Axundov qardaşlarının təsərrüfatında baş vermiş yanğın nəticəsində 22 baş iribuynuzlu heyvan, 2 baş at yanaraq tələf olub. Bundan başqa, 1500 ədəd ot bağlaması yanıb.

 

Hadisə yerinə FHN-nin  Ağcabədi və Laçın rayon, yanğınsöndürən bölmələri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Alovun yaxınlıqda olan  digər tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma başlanıb.APA

Tarix: 30 Yanvar 2020, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin