"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əvvəllər mövcud olmuş münaqişə ilə bağlı müxtəlif səviyyələrdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ sözlərindən istifadə edib və ölkəmizin əldə etdiyi möhtəşəm qələbədən sonra artıq terminoloji yanaşma tamamilə dəyişib. Ümumiyyətlə, Azərbaycanda Dağlıq Qarabağ adlanan ərazi vahidi mövcud deyil".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov deyib.
Deputat bildirib, beynəlxalq birlik yeni reallıqlarla razılaşmalıdır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən sonra Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb. Bunların hər biri çox ciddi və dərin təhlil tələb edir və həmin reallıqlar sırasında otuz ilə yaxın davam etmiş və artıq tarixə qovuşan münaqışənin məntiqi nəticəsi kimi uzun müddət beynəlxalq leksikonda istifadə edilən bəzi məvhumların tamamilə aradan qaldırılması diqqət çəkir. Əlbəttə ki, bu yanaşma ilk növbədə keçmiş münaqişənin kontekstində istifadə edilən Dağlıq Qarabağ termininə və “status” məsələsinə aiddir. Xatırlatmaq istərdim ki, Azərbaycan parlamenti müstəqilliyimiz bərpa edildikdən bir ay sonra 1991-ci ilin noyabr ayında Dağlıq Qarabağ muxtar vilayətini ləğv edib. Sonrakı dövrdə Dağlıq Qarabağ termininin istifadə edilməsi müvafiq ərazi ilə deyil, yalnız silahlı münaqişə ilə bağlı olub. Bunun təsdiqi istər beynəlxalq sənədlərdə, istərsə də diplomatik danışıqların gedişini əks etdirən rəsmi materiallarda tapıla bilər. Ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əvvələr mövcud olmuş münaqişə ilə bağlı müxtəlif səviyyələrdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ sözlərindən istifadə edib və ölkəmizin əldə etdiyi möhtəşəm qələbədən sonra artıq terminoloji yanaşma tamamə dəyişib. Ümumiyyətlə Azərbaycanda Dağlıq Qarabağ adlanan ərazi vahidi mövcud deyil. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” cənab Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanında, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) öz əksini tapıb.
“Status” məsələsinə gəldikdə isə N.Səfərov deyib ki, bu, ümumiyyətlə, siyasi və hüquqi gündəlikdə olmayan bir məsələdir və müzakirə predmeti deyil: "Xatırlatmaq istərdim ki, beynəlxlaq hüquqa zidd “status” məsələsini və öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi cəhdi Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin katalizatoru rolunu oynamışdır və nəticə etibarı ilə bütövlükdə regionun təhlükəsizliyinə uzun müddət ciddi təhdid yaratmış, Azərbaycan xalqına qarşı soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələrlə nəticələnib. Dövlət Başçısının bu məsələyə çox aydın, müasir beynəlxalq hüquqa əsaslanan yanaşması yaxşı məlumdur və artıq yeni geo-siyası reallıqlar beynəlxalq müstəvidə də öz təsdiqini tapır. Buna sübut olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı ümumiyyətlə nə “Dağlıq Qarabağ” və də “status” terminlərinin istifadə etməməsini qeyd etmək olar. Təxminən 25 min əhalisi olan bir əraziyə müəmmalı “statusun” verilməsi məsələsinin gündəmə gətirilməsi belə absurd bir şeydir və əgər hansısa bir dövlət bunu dəstəkləmək istəyirsə, öz ərazisində ermənilərə arzuladığı statusu verə bilər. Ancaq tam məsuliyyətlə qeyd edilməlidir ki, istər müasir beynəlxalq hüquqda, istərsə də müqayisəli məhkəmə təcrübəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn cəhdlərə çox sərt mövqe sərgilənir və etnik separatçılıq meyllərinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılır".
Nəzrin Cavid
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin