BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri Ermənistana verilən növbəti mesajdır” - RƏY

"Prezident İlham Əliyev deyib ki, nəyi nə vaxt, necə edəcəyimi yaxşı bilir. Biz Prezidentimizə inanırıq. Hesab edirəm ki, Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri Ermənistana verilən növbəti mesajdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

 

Deputat bildirib ki, Nəcməddin Sadikovun müharibə dövründə yaranmış mənfi obrazına görə Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılması müsbət addım idi: "Onun yerinə Kərim Vəliyevin Baş Qərargah rəisi təyin olunması təqdirəlayiqdir. Kərim Vəliyevə Tovuz hadisələri zamanı Polad Həşimovla birgə sərhədlərin qorunması tapşırılmışdı. Bu kadr dəyişikliyinə birmənalı olaraq müsbət yanaşıram, cəmiyyət arasında da heç bir mənfi reputasiya qazanmayıb. Yeni təyin olunanların hər biri Azərbaycan tədrisini görüblər. Yəni, bu təyinatların Prezident İlham Əliyevin Rusiyaya səfəri ilə heç bir əlaqəsi yoxdur. Tariximizə bağlı olaraq, Kərim Vəliyevin 60 yaşı olduğunu da nəzərə alsaq, onun Sovet təhsil sistemi dönəmində də hərbi təhsil alması normaldır. Azərbaycanda hərbi tədris isə Türkiyə və NATO-nun dəstəyi ilə həyata keçirilib. Bu şəxslər fəaliyyətlərində Azərbaycanın milli maraqlarını üstün tuturlar. Eyni zamanda, beynəlxalq standartları mənimsəyiblər. Hesab edirəm ki, Kərim Vəliyev Baş  Qərargah rəisi kimi bir sıra vacib tədbirlər həyata keçirəcək. Biz Prezidentimizə inanırıq. Çünki İlham Əliyevin deyib ki, mən nəyi nə vaxt necə edəcəyimi yaxşı bilirəm".

 

Nəzrin Cavid

Tarix: 24 İyul 2021, 18:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin