BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Səmədov vəfat etdi

Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib.

 

"Allah rəhmət eləsin!", - deyə Samiraldo qeyd edib.

 

Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

 

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.

 

2011-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

 

Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.

 

Allah rəhmət eləsin!

Tarix: 24 İyul 2021, 18:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin