BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Mədəndə partlayış olub, ölən və xəsarət alanlar var

Tacikistanın Soqd vilayətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

 

Pravda.az xəbər verir ki, bu barədə İsfara şəhər rəhbərliyinin mətbuat xidmətindən bildirilib.

 

“İsfara şəhərindəki “Şurob” kömür mədəninin içərisində metan sızıntısı səbəbindən baş vermiş partlayış bir şaxtaçının ölümü ilə nəticələnib, səkkiz nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

 

Həkimlər xəsarət alanların vəziyyətini stabil olaraq qiymətləndirir.

 

Partlayışın nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Komitəsinin əməkdaşları, yanğınsöndürənlər və həkimlərdən ibarət xilasetmə qrupu səfərbər olunub. İsfara şəhərindəki “Şurob” mədəni Tacikistanın şimalındakı ən böyük kömür yataqlarından biridir.

Tarix: 25 İyul 2021, 00:29   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin