BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı - VİDEO - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

 

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

 

 

***

 

00:30

 

Bakıda Bayıl yamacında güclü yanğın başlayıb.

 

Pravda.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Yanğınla bağlı hələlik rəsmi açıqlama yoxdur.

 

Tarix: 25 İyul 2021, 00:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin