BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden 100 milyon dollar ayrılmasını təsdiqlədi

ABŞ prezidenti Co Bayden Əfqanıstan qaçqınlarına nəzərdə tutulmuş “gözlənilməz xərclər” üçün 100 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.


Pravda.az xəbər verir ki, ABŞ xüsusi immiqrasiya vizaları üçün müraciət edən bir neçə min əfqanıstanlının təxliyəsinə başlamağı planlaşdırır. Bu qaçqınların əksəriyyəti 2001-ci ildən bəri ABŞ hökuməti üçün tərcüməçi işləməsi və ya başqa işlər görməsinə görə “Taliban” yaraqlıları tərəfindən təhdid olunur.


Təxliyə olunanların və onların ailələrinin ilk partiyası bu ayın sonunadək ABŞ-ın Virciniya ştatındakı Fort-Li hərbi bazasında mümkün olacaq, burada onlar viza müraciətlərinin son mərhələsini gözləyəcəklər.

Tarix: 25 İyul 2021, 08:21   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin