BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rabitə naziri vəfat etdi

Rusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

 

Nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib. Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb.

 

Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər.

 

Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var idi və Rusiyada ən gənc nazirlərdən biri hesab olunurdu. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat alıb.

 

Oxu.az

Tarix: 25 İyul 2021, 10:31   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin