BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Pravda.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Ramil Abdullayev tutulub.

Onun üzərinə baxış keçirilən zaman heroin və psixotrop maddə olan metamfetamin (patı) aşkar edilərək götürülüb.

Keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini Rauf Şabanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb. R.Şabanovun ətrafında davam etdirilən araşdırmalarla həmin həbləri tanışı Ələsgər adlı şəxsdən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq Ələsgər Novruzov da saxlanılaraq RPŞ-yə gətirilib. Ə.Novruzovun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik tramadol həbləri aşkarlanıb.

Qeyd olunan faktlarla bağlıYevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Tarix: 25 İyul 2021, 15:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin