BURADA REKLAMINIZ OLA
BİLƏR

Səməd Səmədov dəfn edildi, oğlu jurnalistləri qəbiristanlığa buraxmadı

Xalq artisti Səməd Səmədov son mənzilə yola salınıb.

 

Pravda.az xəbər verir ki, müğənninin nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlğına aparılıb. Onunla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.

 

Mərhum sənətçinin oğlu media nümayəndələrinə çəkiliş etmək üçün imkan verməyib. O, media nümayəndələrinin qəbiristanlığa buraxılmasına icazə verməyib.

 

Qeyd edək ki, S.Səmədov 74 yaşında ötən gün vəfat edib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib.

 

Axsam.az

 

Tarix: 25 İyul 2021, 19:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin