BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “İranın Azərbaycana qarşı yürütdüyü yaramaz siyasəti anlamayanlar nadan adamlardır”

“Mən, ümumiyyətlə, dindar deyiləm. Fikrimcə, azərbaycanlıların azı 80 %-i dindar deyil. Buna baxmayaraq, mən də bir çox azərbaycanlılar kimi dini adət ənənələrimizə əməl edirəm, ancaq dünyanı dinin idarə etdiyini qəbul etmirəm. Əgər Allah bizim, dünya əhalisinin azı yarısının qəbul etdiyi kimi təkdirsə və dünyada baş verən hadisələri idarə edirsə, deməli, bütün dinləri, o cümlədən buddizmi, induizmi, xristianlığı, islamı və bir sıra başqa dinləri də o yaradıb. Müqəddəs kitablarda da qeyd edildiyi kimi Allahın birbaşa bu dinlərin yaradıcılar (peyğəmbərləri) ilə danışdıqları göstərilir. Sonradan İslam, Xristianlıq və başqa dinlərin 10-larla qolları yaranıb. İran XVI əsrə qədər sünni-müsəlman olub. Şiəlik Şah İsmayıl Xətaidən başlayıb, və islam dininə qulluq edənlərin təqribən 15 faizini əhatə edib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

 

R.Quliyev bildirib ki, 1979-cu ildən İran şiəliyi başqa ölkələrin şiəliyindən qismən fərqlənir: “Çox təəssüf ki, İranın başında durmuş azərbaycanlı şiə ruhani Xomeninin apardığı siyasət Ermənistanla dostluq etməsindən, Azərbaycanın Türkiyə və başqa ərəb ölkələri ilə dostluğunu qəbul etməməsindən ibarət olub. İranın belə bir siyasət aparması yeni deyil, azı 30 yaşı vardır. Türkiyənin keçmiş cümhurbaşqanı Turqut Özal Azərbaycanın yanında dayananda, İran Ermənistana yanacaq məhsulları, qaz vermək barədə düşünürdü. Ermənistanın xarici ticarətinin əsası İranla idi və bu hazırda da belədir. Azərbaycanın 44 günlük vətən müharibəsində də İran İslam Respublikası Azərbaycan qələbə çalana qədər ağzına su alıb dayanmışdı… Əlbəttə ki, İran bizim böyük qonşumuzdur. XIX əsrə qədər bizim İranla tariximiz eynidir. Lakin bütün bunlara baxmayaraq İran dünyanın, xüsusilə Azərbaycanın dəyişdiyini anlamalıdır. Əsl dostluq, qardaşlıq əlaqələrini yaratmalıdır. Nəzərə almalıdır ki, Azərbaycan heç vaxt İranın əleyhinə siyasət aparmayıb. İranın bu günədək Azərbaycana qarşı yürütdüyü yaramaz siyasəti anlamayanlar nadan adamlardır və onlar Azərbaycanda yüksək vəzifələr daşıya bilməz!”

 

Sabiq spiker vurğulayıb ki, İrana yaltaqlananlar, yarınmağa çalışanlar və buna bənzər başqa addımlar atanlar agentlərdir.

Tarix: 25 İyul 2021, 19:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin