BURADA REKLAMINIZ OLA
BİLƏR

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"

"Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdum. Yaxşı ki o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?".

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" proqramında deyib. Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb: "19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü.

Tarix: 25 İyul 2021, 20:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin