BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdən çıxandan itkin düşən kişi utandığından evə getmirmiş...

Xəbər verdiyimiz kimi, Bakıda 14 il həbsdə olan şəxs azadlığa çıxdığı gün itkin düşmüşdü.

 

Pravda.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən metronun “Nizami” stansiyasının yaxınlığında skamyada yatarkən aşkarlanıb.

 

O bildirib ki, 14 il əvvəl qayınatası Qədir Abbasovu qətlə yetirib, buna görə həbsdən çıxdıqdan sonra kəndə qayıtmağa üzü olmayıb və parklarda gecələmək qərarına gəlib.

 

E.Əmrahov ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, Ağcabədi rayon sakini İntizam Əmrahov 102 xidmətinə müraciət edərək bildirib ki, əmisi, 1970-ci il təvəllüdlü Eyvaz Əmrahov iyulun 15-də Xəzər rayonunda yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra itkin düşüb.

 

Bildirilib ki, E.Əmrahov 2007-ci ildə həbs edilib və iyulun 15-də 14 illik cəzasını başa vurduğu üçün azadlığa buraxılıb.

 

Ağcabədi rayonunun Aran kənd sakini Eyvaz Əmrahov 2007-ci ildə ailə-məişət zəminində Cəbrayıl rayon sakinləri Qədir Abbasov və Fərəc Qurbanovu bıçaqlayıb. Nəticədə xəsarət almış Q.Abbasov xəstəxanada ölüb.

 

Qafqazinfo

Tarix: 25 İyul 2021, 21:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin