BURADA REKLAMINIZ OLA
BİLƏR

Qulu Məhərrəmli: “Biz heç bir oyunda iştirak etmirik…”

“Bəziləri özünü cəmiyyətin gözündən elə salıb ki, hətta ən insani məsələdə belə adın onlarla bir siyahıda olanda səni yanlış anlayır, sənə görə məyus olur, qınayır, haqqında yanlış fikirlərə düşürlər. Kəmfürsətlər isə bundan  sənə qarşı ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Qulu Məhərrəmli deyib.

 

Q.Məhərrəmli bildirib ki, məlum "ev məsələsi"ndə kimlərsə fərqli maraqlar güdə bilər: “Amma Arif Əliyev və mən lap əvvəldən prinsip məsələsindən çıxış etmişik. Bu prinsip ondan ibarətdir ki, özünü jurnalist sayan kəslər ictimai maraqlara xidmət edirsə, hökumətdən ev hədiyyə ala, medianı və peşəni mənəvi iflasa uğrada bilməz. Elə şərait olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər! Kimsə bu siyahı və müraciət məsələsini oyun hesab edə bilər, amma səmimi dostlar və ləyaqərli həmkarlar bilsinlər ki, biz heç bir oyunda iştirak etmirik…”

Tarix: 25 İyul 2021, 23:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin