BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vicdan vücud sözündəndir, bunu bilirdiniz?” - Mirşahin

“Bu günlərdə mən də daxil olmaqla media və qeyri hökumət təşkilatlarıının rəhbərləri, ictimai fəallar Prezidentə müraciət dərc etdik. Xahiş etdik ki, jurnalistlər üçün nəzərdə tutulan üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib. O, bildirib ki, əslində bu müraciət Azərbaycan Mətbuatının tarixində əbədi şərəf səhifəsi tək qalmalıdır.

 

“Biz fəxr etməliyik ki, xalqın ən şərəfli övladları məhz bizim müraciətimiz nəticəsində bizim adımıza tikilmiş binaya bizim dəvətimizlə köçəcəklər. Sosial şəbəkə qaragüruhçuluğu, yeri gəlmişkən, mən bu barədə az qala hər həftə danışıram, bu təşəbbüs ətrafında xoşagəlməz aura yaratmağa çalışırlar. Amma nahaq. REAL-ın əməkdaşları arasında da sosial şəbəkələrdə məsələyə fərdi maraq baxımınmdan yanaşanlar var. Anlayıram. Amma biz bu kanalı şəhidlərin, qazilərin kanalı elan etmişik. Bu sadəcə söz deyil. Bu prinsipdir. Fəlsəfədir.

 

Təsəvvür edirsiz, xüsusi təyinatlı şəhidlərin ailələri o binalarda yaşayacaq, ora canlı məbəd olacaq. Qənimətlər parkı varımızdı. Bu da olsun qənimlərin binası. Əksinə mən düşünürəm ki, o ailələrlə qonşu olmaq böyük məsuliyyətdir. Azərbaycan tarixinin ən uca məqamında qərar tutmuş insanların qonşusu olan digər iki binanın jurnalistlərindən təşəbbüs gözləyirəm.

 

Bu binanın şəhid ailələrinə, Qarabağı, müqəddəs Şuşa şəhərimizi işğaldan azad etmiş xüsusi təyinatlılara verilməsindən sonra o şəhərcik müqəddəs olacaq. Kəbə kimi. Bax o müqəddəs ruhların əhatə dairəsində yaşayan jurnalistlərimizə çətin olmayacaq ki? Məncə olacaq... Bəlkə diskusiyanın səmtini dəyişək?! Jurnalistlərimiz üçün daha əvvəl tikilmiş iki binada neçə jurnalist var: bizim təşəbbüsümüzə qoşulan?! Gözləyirəm. Vicdan vücud sözündəndir. Bunu bilirdiniz? Ya vücud, ya da vicdan!”.

Tarix: 26 İyul 2021, 09:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin