BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ovqat" restoranının sahibi cərimələndi

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "Ovqat" restoranında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

 

DİN-dən verilən məlumata görə, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi, masalarda qonaqların sıx əyləşdirilməsi müəyyən olunub.

 

Həmin obyektın sahibi və məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Tarix: 26 İyul 2021, 10:14   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin