BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhəd Abıyev yenə DTX-yə müraciət etdi – Bu dəfə taksi şirkəti məsələsinə görə

Saytlarda və sosial şəbəklərədə yayımlanmış “Əhəd Abıyev məşhur taksi şirkətini aldı” başlıqlı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, heç bir həqiqətə uyğun olmayan yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.

 

Bu barədə Pravda.az-a Daşkəsən RİH-dən məlumat verilib.

 

“Birmənalı olaraq bildiririk ki, adı çəkilən taksi şirkətinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur. Bilərəkdən məkrli niyyətlə yayılan şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən həmin yazı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə hesablanıb. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı ilə bağlı ictimai fikri çaşdıran həmin xəbərdəki  məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir” – qeyd olunub.

Tarix: 26 İyul 2021, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin