BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfir: "Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib"

"Zəlzələnin ilk anından etibarən həm Azərbaycanın Xarici İşlər, həm də Fövqəladə Hallar nazirliklərindən Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər".

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral jurnalistlərə açıqlamasında bildirib.

 

Səfirin sözlərinə görə, Türkiyənin Elazığ bölgəsində zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: "Bu istiqamətdə bizim yanımızda oldular, hər iki ölkənin səfirlikləri və müvafiq qurumları vasitəsilə qarşılıqlı əlaqə saxlanılıb. Azərbaycan zəlzələ ilə bağlı lazım olan bütün yardımları həyata keçirib".

Tarix: 30 Yanvar 2020, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin