BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənnilərdən Turana: "Bu, niyə səni narahat edir?"

Aparıcı Turan İbrahimovun toylarla bağlı açıqlaması şou-biznes nümayəndələrinin etirazına səbəb olub.

 

Müğənni-bəstəkar Haci Nazim Məmmədov videoaçıqlama yayaraq, aparıcının dediklərinə etiraz bildirib. O bildirib ki, insanlar dəbdəbəli toy edərək, övladları ilə bağlı arzularını gerçəkləşdirirlər:

 

"Toyların dəbdəbəli keçirilməsi ilə bağlı məsələlərdə bizi nə narahat edir? Aşın çox olmağı yoxsa, müğənnilərin? Tutaq ki, birinin çox yaxşı imkanı var, övladına toy edir. Məsələn Turan, sizin 10 milyon pulunuz var, 3 milyon, 2 milyon, hər nə varsa, lap 100 min var, Allah bərəkət versin. Övladınıza toy edirsiniz və o istəyir ki, toyunda filankəslər olsun. Atanın da buna imkanı çatır. Övlad da ömründə bir dəfə toy edir. Atası da deyir ki, baş üstə, istədiyi müğənniləri çağırır, xaricdən oxuyan gətirir və yaxud hər nəisə. Bu kimi narahat edir? Bu niyə Turanı və ya başqa insanları narahat etməlidir? Burada insanlar arzularına çatmış olur.

 

Müğənnilər də 2 il işləmədilər, şükür Allaha həm köhnədən beh aldıqları, həm yeni yazılan işlərlə bu cür insanların vasitəsilə əziyyət çəkərək qazanırlar. Bu müddət ərzində kimsə kiminsə cibinə gətirib pul qoymayıb. Təbii ki, bəzilərini çıxmaq şərti ilə. Heç qapımızı da döyən olmadı ki, vəziyyət nə yerdədir. 2 ildən sonra bu insanlar əziyyətlə oxuduqlarının hesabına pul qazanırlar. Bunun nəyi pisdir ki? Nədir burada problem? Biz nəyi araşdırıb nəyi istəyirik?

 

Söhbət israfdan gedirsə, bəli ola bilər ki, masalarda yemək çoxdur. Amma övlad istəyəndə ki, filankəs toyuma gəlsin onda necə olacaq? Onda uşağa deyəcəksiniz ki, biz dəbdəbəli toy keçirmirik sadə olacaq, cəmi 100 nəfər adam çağıracağıq, bir oxuyanımız olsun, o da tanınmış olmasın. Bu müğənnilərə qarşı olan qərəzimiz nədir? Yoxsa, istəyirik yenidən toylar bağlansın, camaat toy etməsin? Bu problemi işıqlandırmaqda məqsədimiz nədir?

 

Qoy toylarımız olsun dəbdəbəli, şıdırğı, sazlı-sözlü, muğanlı, çoxlu oxuyanlarla, rəqqaslarla, işıqlı, böyük zallarda, lap palatkalarda, dəniz qırağında, harada olur olsun, amma toy olsun. Kimin gücü, imkanı nəyə çatırsa elə".

 

Nazimin sözlərinə müğənnilər də biganə qalmayıblar. Müğənni Xatirə İslam "Çox gözəl danışdın, halal olsun sənə. Turan niyə belə deyib, anlamadım" reaksiyasını verib.

 

Aparıcı Şəhriyar Əbilov isə "Təki toy, şad gün bol olsun. Hər kəs də öz cibinə uyğun keçirsin" deyə, bildirib.

 

Aşıq Əli Tapdıqoğlu, müğənni Əkbər Əliyev də Nazimin fikirləri ilə razı olduqlarını vurğulayıblar.

 

Qeyd edək ki, Turan İbrahimov toylarla bağlı "Bəs deyirdiniz pandemiya dərs oldu, bir daha toylarda əvvəlki göstəriş və israfçılıq olmayacaq? Toylar müğənnilərin paradına çevrilməyəcək. Yalan imiş hamısı. Toylarımız əvvəlki qaydada, bol israflı və bol göstərişli şəkildə, qaldığı yerdən, tam sürətlə davam edir" sözlərini yazıb.

 

Axsam.az

Tarix: 26 İyul 2021, 12:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin