Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə fasilədən sonra Gevorg Sujyanın istintaqa verdiyi ifadənin qalan hissəsi elan edilib.
Gevorg Sujyan istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar: "Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona tapşırıqları izah elədim. Davit mənə Ermənistanın xeyrinə olan hər şeyi edəcəyini bildirdi. O da məlumatları toplayaraq Artaka ötürəcəkdi. Həmin gün maşınımla yola çıxdıq. Gorusa gələrək, ordan Laçın dəhlizinə keçdik. Xankəndi şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul elədilər və Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə partlayıcı maddələr və qumbaralar var idi. Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snayper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər saylarını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Davit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbçilərin yerini dəyişərsə, dərhal ona deyək. Bir müddətdən sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O bizdən Azərbaycan Silahlı Qüvvələrinin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatlar almağımızı istədi. Biz Davitlə tapşırıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq. Xocavənddə Çartar kəndi yaxınlığında döyüşlərdə iştirak etdik. Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbçilərin yaxınlığına gedərək çəkilişlər apardıq. Artak bizdən əsgər sayının daha dəqiq öyrənməyimizi istədi. Biz 28 nəfər azərbaycanlı hərbçini saydıq və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".
Təqsirləndirilən şəxs istintaqda qeyd edib ki, İrəvana qayıdıb, 10 noyabr bəyannaməsindən sonra Artak ona zəng edərək kafeyə çağırıb: “Davitlə birlikdə ora getdik. Artak Şuşada Azərbaycan Ordusunun nə qədər hərbçisinin olmasını, texnikaların sayını və s. öyrənməyimizi istədi. Gizli şəkildə Şuşaya getməyimizi və məlumatları ona ötürməyimizi istədi. O bizə Şuşanın geri qaytarmaq istədiklərini bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Biz noyabrın 11-də mülki geyimdə yola düşdük. Guya ki, biz Xankəndidə olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 kilometr qalanda biz Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik. Şuşa istiqamətində irəlilədik. Maşını orada saxladıq. Piyada olaraq irəlilədik. Biz orada fotoşəkillər çəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdu. Həyəcanlı olduğumuzdan suallara cavab verə bilmədik. Onlar bizdə şübhələndikləri üçün bizi saxladılar".
Prosesdə davamında digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib. O da Gevorg Sujyanla eyni məzmunlu ifadə verib. Deyib ki, Gevorqla dostluq münasibəti olub və ona döyüşlər zamanı humanitar yardımlar aparmaqda köməklik edib: "Müharibə zamanı əhaliyə, əsgərlərə yardımlar aparmışıq. Heç bir döyüşlərdə iştirak etməmişəm. 11 noyabrda Xankəndiyə gedən zaman Şuşada Azərbaycan Ordusunun əsgərləri tərəfindən saxlanıldıq".
Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib.
O istintaq ifadəsində bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub: "2013-cü ildən etibarən hərbi xidməti başa vurub, İrəvana qayıtmışam. 2020-ci ildə yazında Gevorg Sujyanla tanış olmuşuq və dostluq münasibətlərimiz yaranıb. 27 sentyabrda müharibə başladı. Gevorg mənə zəng edərək, müharibədə iştirak edib-etməyəcəyimlə bağlı sual verdi. Mən də Ermənistan üçün hər şey edəcəyimi dedim. Gevorg 1 ildən artıqdır ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Artak adlı şəxsdən tapşırıq aldığını dedi. Mən də Ermənistan naminə onunla razılaşdım. O mənə tapşırıqları izah elədi. Tapşırıqlar ondan ibarət idi ki, biz həm döyüşlərdə iştirak edəcəkdik, həm də Azərbaycan Ordusunun mövqelərini, say tərkiblərini öyrənməliydik. Həmin məlumatları Artaka ötürməliydik".
Davit Davtyan istintaqdakı ifadəsinin onu da qeyd edib ki, Xocavənd istiqamətində döyüşlərdə olublar və Azərbaycan Ordusunun mövqelərini öyrənərək Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.
Proses iyulun 28-ə davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq) 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.
19 Mart 13:07
19 Mart 12:45
19 Mart 12:25
19 Mart 12:05
19 Mart 12:01
19 Mart 11:39
19 Mart 11:15
19 Mart 10:27
19 Mart 10:16
19 Mart 10:13
19 Mart 09:55
19 Mart 09:13
19 Mart 09:10
19 Mart 09:06
19 Mart 08:54
19 Mart 08:47
19 Mart 08:46
19 Mart 08:46
19 Mart 08:45
19 Mart 08:44
19 Mart 08:42
19 Mart 08:42
19 Mart 08:41
19 Mart 08:40
19 Mart 08:38
19 Mart 08:38
19 Mart 08:34
19 Mart 08:33
19 Mart 08:33
19 Mart 08:32
19 Mart 08:31
19 Mart 08:28
19 Mart 08:23
19 Mart 08:18
19 Mart 08:14
19 Mart 08:10
19 Mart 08:05
19 Mart 08:03
19 Mart 07:35
19 Mart 07:33
19 Mart 07:31
19 Mart 07:29
19 Mart 06:12
19 Mart 06:09
19 Mart 06:07
19 Mart 06:06
19 Mart 06:04
19 Mart 06:03
19 Mart 06:02
19 Mart 06:00
19 Mart 05:57
19 Mart 00:25
19 Mart 00:21
19 Mart 00:16
18 Mart 21:52
18 Mart 21:04
18 Mart 20:53
18 Mart 20:48
18 Mart 20:42
18 Mart 20:23
18 Mart 20:09
18 Mart 20:05
18 Mart 19:47
18 Mart 19:35
18 Mart 19:19
18 Mart 19:17
18 Mart 19:12
18 Mart 19:09
18 Mart 19:06
18 Mart 19:01
18 Mart 18:59
18 Mart 18:37
18 Mart 18:35
18 Mart 18:31
18 Mart 18:24
18 Mart 18:03
18 Mart 18:01
18 Mart 17:58
18 Mart 17:53
18 Mart 17:40
18 Mart 17:00
18 Mart 16:53
18 Mart 16:34
18 Mart 16:07
18 Mart 16:06
18 Mart 16:05
18 Mart 16:03
18 Mart 16:02
18 Mart 16:00
18 Mart 15:59
18 Mart 15:57
18 Mart 15:56
18 Mart 15:53
18 Mart 15:50
18 Mart 15:41
18 Mart 15:27
18 Mart 15:24
18 Mart 15:22
18 Mart 15:10
18 Mart 15:03
18 Mart 14:47
18 Mart 14:44
18 Mart 14:43
18 Mart 14:33
18 Mart 14:27
18 Mart 14:08
18 Mart 14:02
18 Mart 13:54
18 Mart 13:49
18 Mart 13:46
18 Mart 13:45
18 Mart 13:33
18 Mart 13:32
18 Mart 13:31
18 Mart 13:30
18 Mart 13:28
18 Mart 13:27
18 Mart 13:26
18 Mart 13:23
18 Mart 13:19
18 Mart 13:13
18 Mart 13:11
18 Mart 13:07
18 Mart 12:56
18 Mart 12:50
18 Mart 12:48
18 Mart 12:46
18 Mart 12:43
18 Mart 12:40
18 Mart 12:38
18 Mart 12:32
18 Mart 12:28
18 Mart 12:24
18 Mart 12:14
18 Mart 11:58
18 Mart 11:43
18 Mart 11:34
18 Mart 11:32
18 Mart 11:29
18 Mart 11:27
18 Mart 11:23
18 Mart 11:19
18 Mart 11:18
18 Mart 11:04
18 Mart 10:56
18 Mart 10:50
18 Mart 10:48
18 Mart 10:42
18 Mart 10:37
18 Mart 10:35
Ən son xəbərləri səhifəmizdən də izləyin