BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əl-Cəzirə”nin ofisində axtarış aparıldı

Tunisin təhlükəsizlik qüvvələri “Əl-Cəzirə” telekanalının ofisində axtarış əməliyyatı keçirib.

 

Pravda.az xəbər verir ki, bu haqda məlumat telekanalın rəsmi tvitter hesabında paylaşılıb.

 

Məlumatda deyilir ki, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcədən kanala məsələ ilə bağlı xəbərdarlıq etmədən “Əl-Cəzirə”nin ofisində əməliyyat həyata keçirib. Axtarış zamanı kanalın əməkdaşlarından ofisi tərk etməyi, telefon və digər cihazları söndürməyi tələb ediblər.

 

Qeyd edək ki, Tunis Prezidenti Kais Said bazar ertəsi xalqa videomüraciət edərək ölkə parlamentinin işini dondurduğunu və millət vəkillərinin toxunulmazlığını ləğv etdiyini elan edib.

 

K.Said, həmçinin ölkənin Baş Naziri Hişam al-Meşişini də istefaya göndərib.

Tarix: 26 İyul 2021, 17:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin