BURADA REKLAMINIZ OLA
BİLƏR

Dayısını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün saat 18 radələrində Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Pravda.az-a Şəmkir rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin bacısı oğlu 1989-cu il təvəllüdlü Tural Əzizovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nizami Böyükkişiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tural Əzizov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix: 26 İyul 2021, 20:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin